Dünyanın maraqla izlədiyi ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı prosesin həlledici mərhələsi başlayır. ONN media xəbər verir ki, bu gün Bakı vaxtı saat 22:00-da Senatda impiçmentə dair məhkəmə prosesinin ilk iclası baş tutacaq. Proses dünyada bir neçə televiziya vasitəsiylə canlı yayımlanacaq. İlk iclasda məhkəmə prosedurlarının müəyyən edilməsi gözlənilir. Həmçinin hakimlər məhkəmədə şahid dinləmələrinin olub-olmayacağına qərar verəcək. Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib. Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib. Nümayəndələr palatasında Trampın impiçmentinə dair iki maddə qəbul olunub. Sənəddə Trampın səlahiyyətlərini aşdığı və konqresin işinə maneə törətdiyi qeyd olunub.
Dünya BU HADİSƏNİ GÖZLƏYİR - Az zaman qaldı...



Trampın impiçmenti elan edildi
Klinton Trampı ABŞ-a xəyanətdə ittiham etdi
Trampın ilk məhkəməsi başa çatdı: QƏRAR
Trampla bağlı qətnamə yayıldı
Trampla bağlı vacib qərar verildi
Ərdoğan ilə Tramp arasında telefon danışığı baş tutub
ABŞ-da tarixi iclas başladı
Bayden dünya müharibəsi təhlükəsi yaradır - Tramp
Tramp Netanyahunun zənglərini rədd edir - ŞOK İDDİA
Tramp meydan oxudu: “İmpiçment” təcili keçirilsin!
Tramp prezidentlikdən imtina etdi
Tramp bu məsələni biyabırçılıq adlandırıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 