Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir. ONN media xəbər verir ki, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən sürətlə, ən geniş islahatlar həyata keçirən ölkələr sırasındadır. Ə.Əhmədov əlavə edib ki, nisbətən gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib: "Lakin Azərbaycan müstəqilliyinin əldə etdiyi ilk illərdə onun həyatı heç də problemsiz keçməyib. Azərbaycan ərazisilərinin 20 faizinin işğal olunması nailinəticəsində problemlərinin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün üçün böyük səylər göstərilməli olub". Baş nazirin müavini bildirib ki, Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Son 15-16 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20 dəfəyədək, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb. Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsi üçün qoyulan vəsaitlər 23 dəfə artıb: "Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib. Beləliklə, Azərbaycan müasir dövlət qurulması istiqamətində böyük işlər görüb. Lakin inkişafın davamlılığının təmin edilməsinin çox mühüm amillərindən biri daim yeniləşmək və islahatların həyata keçirilməsinə hazır olmaqdır". Ə.Əhmədovun sözlərinə əsasən, Azərbaycanın sosial və iqtisadi göstəriciləri bundan sonra da yaxşılaşacaq. 2019-cu ildə əhalinin həyat şəraitinin yaxşılaşması üçün bir çox tədbirlərin həyata keçirildiyini xatırladan Baş nazirin müavini deyib ki, Azərbaycanın 10 milyon nəfərlik əhalisinin təxminən 1 milyon nəfəri öz ölkəsindən məcburi köçkün düşmüş insanlardır. Bu baxımdan onların Azərbaycan dövlətinin yardımına ehtiyacı var
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir



Əli Əhmədov ABŞ-a getdi
Əli Əsədov komissiyanın TƏRKİBİNİ DƏYİŞDİ
Baş nazir bu qərara dəyişiklik etdi
İlham Əliyev sərəncam imzaladı
Şahin Mustafayevə yeni vəzifə verildi
İlham Əliyev ilin yekunlarına həsr olunan konfransda
Əli Əhmədov: "Azərbaycanın inkişafını qısqananlar..."
Böyük qayıdış üzrə İşçi Qrup yaradıldı
Mehriban Əliyeva: Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır
“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır” – Novruz Məmmədov
Prezident Eldar Əzizova yeni vəzifə verdi
İlham Əliyevdən Müstəqillik Günü ilə bağlı qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 