Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib. ONN media xəbər verir ki, yeni tip koronavirus Kəskin Tənəffüs Yolu Sindromu (SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün “vasitəçi” heyvan lazımdır. “Tibbi Virusologiya” jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia edir. ƏN BÖYÜK EHTİMAL – İLAN Çinin Pekin Universiteti Səhiyyə Elmləri Mərkəzindən olan Vey Ci ilə Pekin, Nanninq, Ninqbo və Vuhan şəhərindən olan tədqiqatçılar virusa yoluxanlardan götürdükləri gen nümunələrindən yola çıxaraq müəyyən etdikləri genetik kodu fərqli növdə heyvanlardan alınan 217 koronavirusla qarşılaşdırıb. Araşdırmaçılar “2019-nCoV”dakı protein kodlarının daha çox Çində yaşayan 2 ilan növünün daşıdığı koronaviruslarla oxşarlıq təşkil etdiyini ortaya çıxarıb. Araşdırmanın nəticəsi virusun ilandan keçmiş ola biləcəyinə işarə verir. İlanların Vuhan şəhərində virusun ortaya çıxdığı düşünülən dəniz məhsulları bazarında satılması virusun əvvəlcə yarasadan ilana, onlardan da insanlara yoluxması ehtimalını ağıla gətirir. Buna baxmayaraq, Pekindəki Zoologiya İnstitutunun araşdırmaçısı Cinq Ayxua virusun qaynağı ilə bağlı olaraq təkcə genetik kodlaşdırmadakı oxşarlıqların bəs edəcək dəlil olmadığını söyləyib. Qeyd edək ki, ortaya çıxdığı yerin adı verilən “Vuhan virusu” nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur. Ölüm riski yüksəkdir.
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar



Koronavirus nədən yayılıb? - İLK 3 EHTİMAL NƏLƏRDİR?
Dəhşətli virus yayıldı: Ölənlərin sayı durmadan artır
Pompeodan ŞOK İDDİA: Koronavirus bu ölkədə yaradılıb
Dünyanı dəhşətə gətirən virus bu ölkədə də çıxdı
Koronavirusun kökü tapıldı- ŞOK
Koornavirus mutasiya keçirdi -Kritik dəyişiklik açıqlandı
Çinin koronavirus planının ÜSTÜ AÇILDI: Milyonlarla insanın...
Korona Çində yayılmayıb - ÜST-dən ŞOK
Virusun ikinci dalğası nə zaman gəlir?
Çində virusun qarşısını almaq üçün insanlar yandırılır?
İnfeksionistdən vaksinlə bağlı ŞOK AÇIQLAMA
Bu heyvanların ovlanması qadağan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 