ABŞ Prezidenti Donald Tramp tərəfindən elan ediləcəyi gözlənilən "sülh planı"nın İsrail-Fələstin məsələsinin iki dövlətin iştirakı ilə həll olma ehtimalını ortadan qaldıracağı iddia edilir. ONN media xəbər verir ki, ABŞ rəhbərliyinin İsrail-Fələstin məsələsinə "həll tapmaq" iddiasıyla hazırladığı sözdə "sülh planı"nın iqtisadiyyat paketi fələstinlilərin lehinə kimi görünsə də, siyasi yöndə Fələstin torpaqları üzərindəki İsrail işğalını möhkəmləndirməsi ilə bağlı maddələrdən ibarət olduğu açıq şəkildə görünür. Donald Trampın "Əsrin müqaviləsi"ni sabah İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdən öncə elan edəcəyini söylədikdən sonra diqqət "sülh planı"na yönəlib. Trampın yəhudi kürəkəni və böyük müşaviri Cared Kuşner və komandası 2017-ci ilin noyabrından sözügedən plan üzərində işləyir. Heyətdə Amerikanın beynəlxalq danışıqlarda xüsusi nümayəndəsi və Prezident Donald Trampın köməkçisi, yəhudi əsilli Ceyson Qrinblattın da yer alması diqqət çəkir. Planın iqtisadiyyat paketi 2019-cu ilin iyununda Körfəz ölkələrinin paytaxtı Bəhreyndə keçirilən və Fələstin, eləcə də bir çox ölkələr tərəfindən boykot edilən seminarda açıqlandı. Adıçəkilən "sülh planı"nın iqtisadiyyat paketinə 50 milyard dollarlıq investisiya fondu, İordan çayının işğal altındakı Qərb sahili və blokadada olan Qəzza zolağını birləşdirən 5 milyard dollarlıq nəqliyyat dəhlizinin inşası daxildir. Eyni zamanda sözügedən paketdəki sərmayənin 28 milyard dollarının Qərb sahili və Qəzzaya, 9 milyard dollarının Misirə, 7.5 milyard dollarının İordaniyaya, 6 milyard dollarının isə Livana yatırılması planlaşdırılır. Fələstin iqtisadiyyatına təkan verəcəyi iddia edilən sərmayənin maliyyələşdirilməsinin əsasən Körfəz ölkələri, xüsusən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən əhatə ediləcəyi bildirilir. Planın siyasi paketi isə İsraildə 1 ildən çox davam edən koalisiya böhranı səbəbindən izah edilə bilməyib. Siyasi paket açıqlanmasa da, beynəlxalq mətbuatda bu barədə bəzi məlumatlar var. Bildirilir ki, Fələstin Prezidenti Mahmud Abbasın "əsrin süqutu" adlandırdığı planda Fələstin xalqının xeyrinə bəzi iqtisadi yardımlardan başqa heç bir üstünlük yoxdur. İsrailin Baş naziri Binyamin Netanyahu isə planın "tarixdə bir dəfə tutulan və qaçırılmamalı fürsət" olduğunu söyləyib.
Bu plan nə zaman baş tutacaq? - DİQQƏT GÖRÜŞƏ YÖNƏLDİ



Tramp AÇIQLADI: Yeni "Əsrin müqaviləsi" gəlir
SON DƏQİQƏ: "Yüz ilin müqaviləsi"nin detalları açıqlandı
Tramp sakitliyini pozdu: Bu müsəlman ölkəsinin...
Tramp Netanyahunun zənglərini rədd edir - ŞOK İDDİA
Fələstin bu ölkədəki səfirini təcili geri çağırdı
"Heç bir sülh planınızı qəbul etməyəcəyik" - Fələstin lideri Mahmud Abbas
ABŞ-ın Fələstinə qarşı ŞOK PLANI
Tramp kürəkəninə YENİ VƏZİFƏ VERDİ
Ağ evdə gizli toplantı
Netanyahu Qüdslə bağlı avropalılara səsləndi
Tarixdə BİR İLK: BƏƏ İsraillə diplomatik əlaqələri BƏRPA ETDİ
ABŞ-ın növbəti prezidenti o ola bilər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 