Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. ONN media bildirir ki, zəlzələlərin yerli vaxtla saat 19:12-də Sivricə bölgəsində baş verdiyi bildirilib. Yeraltı təkanların ocağı 12 kilometrə yaxın dərinlikdə yerləşib.
Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.SON DƏQİQƏ: Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

