Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alıb. Agentlikdən ONN media-ya verilən məlumata görə, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub. Bununla əlaqədar olaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür.
Azərbaycana Çin məhsullarının gətirilməsinə QADAĞA QOYULDU



Bu ölkədən heyvan idxalına QADAĞA
Daha 2 ölkədən quş əti idxalına qadağa qoyuldu
İki ölkədən quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
İki bölgədən Azərbaycana quş ətinin gətirilməsi QADAĞAN EDİLDİ
Azərbaycandan bu ölkələrə QADAĞA
İranın bəzi ərazilərindən Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
AQTA-dan daha bir QADAĞA
Quş əti idxalı dayandırıldı
Üç ölkədən quş əti idxalına QADAĞA QOYULDU
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 