Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ötən gün İrəvanda ordu günü münasibətilə keçirilən tədbirdə jurnalistlərin sualları ilə qarşılaşıb. ONN media xəbər verir ki, jurnalistlər ondan Baş nazir Nikol Paşinyanın Qafanda ötən həftə keçirdiyi mətbuat konfransında dedikləri barədə şərh istəyiblər. Həmin çıxışında Paşinyan keçmiş hakimiyyətin Qarabağ danışıqlarında ona “ağır miras” qoyub getdiyini, Serj Sərkisyanın dövründə danışıqlar predmeti olmuş sənədin 7 ətraf rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu demişdi. “Siz inadla bunu istəyirsiniz ki, mən bu işıqlı gündə hansısa uydurma haqda danışım?”, - Serj Sərkisyan belə deyib. KİV-lər isə Sərkisyanın 2016-cı ildə Rusiya teleaparıcısı Dmitri Kiselyova müsahibəsində dediklərini xatırladıblar. Həmin müsahibədə Sərkisyan deyirdi ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair üç prinsipə-sərhədlərin toxunulmazlığına, xalqların öz müqəddəratını təyin etməsinə və güc tətbiqindən imtinaya əsaslanan variant hazırlanıb. Və həmin sənədin imzalanacağı təqdirdə Ermənistan və Dağlıq Qarabağ yeddi ətraf rayonu boşaltmalıdır. Lakin Sərkisyan qeyd edirdi ki, həmin rayonların boşaldılması ancaq xalqların öz müqəddəratını təyin etmə hüququnun reallaşması üçün referendumun keçirilməsi şərti ilə baş verə bilərdi. “Erməni tərəfi, yəni Dağlıq Qarabağ və Ermənistan hazırda təhlükəsizlik zonasını təşkil edən həmin əraziləri tərk edirlər. Yəni həmin əraziləri ki, indi azərbaycanlılar onun işğal olunduğunu deyir. Yeddi Azərbaycan rayonu. Biz həmin rayonları tərk edirik və gedirik. Yəni bu həmin ərazi bütövlüyü prinsipidir. Lakin orada birinci bənddə dəqiq yazılıb ki, Dağlıq Qarabağın yekun hüququ statusu orada yaşayan əhalinin sərbəst iradəsi ilə, referendumla müəyyən edilməlidir”, - Serj Sərkisyan prezident olanda belə demişdi. Paşinyan ətraf rayonların Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağda referendumun keçirilməsini nəzərdə tutan həll modelinə münasibət bildirmək üçün "Dağlıq Qarabağ prezidentliyinə namizədlərə" çağırış edib. Və həmin "namizədlər" dərhal bu həll variantına qarşı olduqlarını bildiriblər və ərazilərin qaytarılmasının danışıqlar predmeti olmayacağını deyiblər. Serj Sərkisyanın partiyası isə Paşinyanı qorxaqlıqda, Qarabağa dair hər hansı mövqeyə malik olmamaqda ittiham edib. Azərbaycan tərəfi hələlik Paşinyanın Qarabağa dair növbəti populist gedişinə reaksiya verməyib.axar.az
"Biz həmin 7 ətraf rayonu tərk edirik və gedirik..."



Sərkisyan Azərbaycana gəldi
Sarkisyan Ermənistanı tərk etdi
Sərkisyan Şuşaya gəlir - İşğal günü
"Sərkisyanın iki yolu var ya savaş, ya da həbs"- Politoloq
Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Sərkisyanın qızı işdən çıxarıldı- SƏBƏB?
Paşinyan: Sərkisyanın kürəkəni barəsində cinayət işi başlayacaq
Sərkisyan Qarabağa gəldi
Sarkisyan Azərbaycan dilində danışdı
“Vaxt gələcək, cavab verəcəyəm” – Sərkisyandan Paşinyana mesaj
Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu?
Sərkisyanla bağlı şok qərar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 