“Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər tərəfimizdən davamlı olaraq aparılmaqdadır. Belə ki, hər il qış mövsümü başlayanda hansı ki, bu cür xəstəliklərin yayılma ehtimalı daha da artır bunu nəzərə alaraq qabaqlayıcı tədbirlərə həyata keçirilir. Bu çərçivədə “BakuBus” MMC-nin istehsalat bazasında avtobusların dezinfeksiyası təşkil olunur. Gündəlik təmizlik işləri ilə yanaşı qanunvericilikdə göstərilən reqlamentlə avtobusların salonu dezinfeksiya edilir”. ONN media xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. M.Ağayev qeyd edib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparılır: “Hər həftənin şənbə günü perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilir. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılır. Təbii son günlər daha çox müzakirə olunan koronavirusla bağlı qeyd olunan tədbirlərə nəzarət daha artırılıb. Qeyd edim ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə də bu məsələ açıq şəkildə əksini tapıb. İstinad olunan sənədə əsasən daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçiriləcək”.
Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI



BNA “Koroğlu” NMM-i dezinfeksiya etdi
Ruslar Qarabağda dezinfeksiya işləri apardı
"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri aparıldı
Bakı küçələri bu gün
Bakı metrosunda koronavirusla bağlı yenilik
Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib
İrandan gələn yük qatarları dezinfeksiya edilir
Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı
Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR
Bakı küçələri növbəti dəfə dezinfeksiya edildi
Bakıda daha 3 küçədə avtobus zolağı salınır
Bakıya 12 metrlik avtobuslar gətiriləcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 