Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib. Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlərdən bəziləri xəsarət alıb.
Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır. Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək.Bakıda iki avtobus toqquşdu, xəsarət alanlar var



Bakıda iki sərnişin avtobusu toqquşdu
"Bakubus" avtobusu dəhşətli qəzaya uğradı
Bakıda avtobus qəzaya uğrayıb
Bakıda avtobus "Toyota Prius"la toqquşdu
Bakıda iki avtobus toqquşdu - İKİ SƏRNİŞİN
Bakıda avtobus qəzası olub- Xəsarət alanlar var
Bakıda avtobuslar qəza törədib
Sumqayıtda sərnişin avtobusu "Mercedes"lə toqquşdu: YARALILAR VAR
Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı - YARALILAR VAR
Bakıda sərnişin avtobusu ağır qəza törətdi - YARALI VAR
Bakıda sərnişin avtobusu qəza törətdi
Bakıda dəhşətli avtobus qəzası, ölən və yaralananlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 