Naxçıvan Qarnizonu qoşunlarında yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri olub.
Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Tədbirdə polkovnik Mehman Gülməmmədov, əsgər Cavid Kərimov və əsgər valideyni Zülfüqar Zeynalov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik edərək, xidmətlərində uğurlar arzulayıblar.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb.
Bildirilib ki, Azərbaycan dövləti inkişaf edib qüdrətləndikcə ordumuz da güclənir. Bu gün ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən gənclərimiz də hərbi anda sadiq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnəcəklər.
Şəxsi heyətin təntənəli keçidindən sonra əsgər valideynləri və yaxınları hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olublar. Valideynlər yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib və övladlarının hərbi andı qəbul etmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər.



Naxçıvan qarnizonunun əsgərləri and içdi
Gənc əsgərlər and içdilər
Naxçıvanda gənc əsgərlər and içdilər - VİDEO
Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıb — FOTO
Gənc əsgərlər xidmət yerlərinə göndərildi
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi
Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Bir qrup hərbi qulluqçuya hərbi rütbələr təqdim edildi - VİDEO
DSX əsgərləri and içdi
Əsgər valideynlərinin NƏZƏRİNƏ: SABAH...
Azərbaycan Ordusunun əsgərləri AND İÇDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 