Daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. DİN-dən ONN media -ya verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci il fevral ayının 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb. Əmrə əsasən, Milli Məclisə növbədənkənar seçkilərin yüksək təhlükəsizlik şəraitində keçməsinin təmin edilməsi məqsədilə respublikanın daxili işlər orqanlarının şəxsi heyəti fevralın 8-dən 11-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü asayişin təmin edilməsi ilə əlaqədar olaraq, ictimai yerlərdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, səsvermə bülletenlərinin aidiyyəti üzrə daşınması zamanı lazımi təhlükəsizlik tədbirləri görüləcək. Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.
Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir



Polis gücləndirilmiş iş rejimində işləyəcək
Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq
Polis gücləndirilmiş iş rejiminə keçir
Nazir əmr imzaladı: Polis gücləndirilmiş rejimə keçir
DİN əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq
Ramil Usubov ƏMR VERDİ: Küçələrdə daha çox polis patrulları olacaq
DİN bu məsələ ilə bağlı rəsmi məlumat yaydı
Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
FHN gücləndirilmiş iş rejiminə keçdi
Kəlbəcər RPŞ-də yeni təyinat
Vilayət Eyvazov polis polkovnikini — TƏQAÜDƏ GÖNDƏRDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 