Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Xəzər və Qara Dəniz Təhlil Fonduna (CCBS) məxsus nəşrdə “Növbədənkənar parlament seçkiləri: Azərbaycanda siyasi dəyişikliklərin həlledici mərhələsi” adlı məqaləsi yayımlanıb.
ONN media xəbər verur ki, məqalədə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri 2019-cu ildə islahatlarla səciyyələnən iqtisadi və siyasi keçid dövrünün yeni bir mərhələsi kimi qiymətləndirilir. Qeyd olunur ki, ölkəmizdə son illərdə həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər bir sıra siyasi dəyişikliklərlə müşayiət olunur:
“Bu dəyişikliklər fonunda ölkədə ümumilikdə siyasi transformasiya mühiti yaranıb. Belə ki, islahatlar prosesində yaşlı kadrların gənc və əsasən Qərb təhsilli kadrlarla əvəzlənməsi və korrupsiyalaşmış məmurlara qarşı daha qətiyyətli mübarizənin həyata keçirilməsi həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilir”.
Bildirilir ki, geniş miqyaslı siyasi islahatlar, həmçinin cavanlaşma siyasəti insanların siyasi proseslərə marağını artırmaqla yanaşı, qarşıdan gələn seçkilərə inam formalaşdırıb. Qeydə alınan namizədlərin (120 yer üçün 1400-dən çox) və yerli seçki müşahidəçilərinin sayı (42 mindən çox) ölkədə hökm sürən siyasi aktivliyin digər bir göstəricisidir. Ümumilikdə, bütün partiyalardan olan və bitərəf namizədlər qanunvericilikdə əhəmiyyətli söz haqqında sahib olmaq üçün seçki kampaniyalarını səylə həyata keçirdiyi məqalədə xüsusilə vurğulanır: “Bütün bunlar nəzərə alındıqda, qarşıdan gələn seçkilərin Azərbaycanın siyasi transfomasiyasında həlledici rol oynayacağı şübhəsizdir”.



Fevralın 10-u qeyri-iş günüdür? - Açıqlama
Əli Əhmədovdan parlament seçkiləri ilə bağlı - Açıqlama
Parlament seçkiləri ilə bağlı 7 nəfərin namizədliyi təsdiq olundu
Bu gün növbədənkənar parlament seçkisi prosesinə start verilir
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
Azərbaycanda dərin islahatlar proqramı hazırlanır - Nazir
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi
Bu gün Azərbaycanda "sükut günü"dür
Conson növbədənkənar parlament seçkiləri keçirmək istəmir
Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
AŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcək
Deputatlığa namizədlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 