Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərin qonaqlarına müraciət edərək bildirir ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.
İcra Hakimiyyətindən ONN media-ya daxil olan məlumatda qeyd edilib ki, əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar



Temperatur 18 dərəcə enəcək, yollar buz bağlayacaq - Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
BŞİH-dən küləklə bağlı xəbərdarlıq
Kəskin SOYUQLAR GƏLİR: Bakıya qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Hava yenidən PİSLƏŞİR: Fevralın 23-ü... - XƏBƏRDARLIQ
Bakıda sulu qar, qar yağacaq - HAVA KƏSKİN DƏYİŞİR
Sabahın HAVA PROQNOZU
Bakı qara hazırlaşır - RƏSMİ
Temperatur KƏSKİN ENİR: güclü qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Paytaxt küçələri yenə yuyuldu
Hava kəskin dəyişir: Şimal küləyi əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
HAVA XƏBƏRDARLIĞI: Bakıya qar yağacaq, 20 dərəcə şaxta olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 