Milli Məclisə növbədənkənar seçkilər üzrə 6 dairədə səsvermənin nəticələrinə dair protokollar hələ ki açıqlanmayıb. ONN media xəbər verir ki, bu 6 dairədən 2-də - 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində protokolların hələ də açıqlanmamasının əsas səbəbi sözügedən dairələrin məntəqələrinin müxtəlif ərazilərdə yerləşməsidir. Belə ki, prosedura görə, seçki məntəqələri protokolları dairələrə təqdim etməli, dairələr də öz növbələrində Mərkəzi Seçki Komissiyasına göndərməlidir. Lakin sözügedən 2 dairənin işğal altındakı rayonlarımızla bağlı olması səbəbindən bu dairələrin məntəqələri Azərbaycanın müxtəlif rayonlarında yerləşir. Ehtimal edilir ki, əlverişsiz hava şəraitinə görə məntəqələr protokolları dairələrə hələ təqdim edə bilməyib. Bu dairələrin sırasına 77 saylı Astara seçki dairəsi də aid edilir. Bu ehtimalı gücləndirən əsas səbəblərdən biri də odur ki, MSK sədri Məzahir Pənahov ciddi şikayətlərin daxil olduğu dairələr sırasında bu 3 dairənin adını çəkməyib. Belə görünür ki, bu dairələrdə araşdırma aparılmır. Qeyd edək ki, 6 dairə - 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə protokollar hələ də MSK-nın saytına yerləşdirilməyib.
3 dairənin nəticələrinin açıqlanmamasının səbəbi nədir?



Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlandı
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə YEKUN VURULDU
Bu dairələrin nəticələri ləğv edilir? - VİDEO
Daha 3 məntəqənin nəticələri ləğv olundu
Bu seçki dairəsində pozuntu qeydə alındı - MSK-da müzakirə
Bu dairələrin seçkiləri ləğv edilir?
Sevinc Fətəliyevanın dairəsində 4 məntəqə ləğv edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 