ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl Arabiya” televiziya kanalı məlumat yayıb. Məlumata görə, ABŞ ordusu 15 bazanı tərk edir. Bağdad və Vaşinqton rəsmiləri hələ bu məlumatı şərh etməyiblər. Telekanal, həmçinin Fransa, Almaniya və Avstraliyanın İraq hökumətinə qoşunların ölkədən çıxarılması üçün sorğu göndərdiyini yazıb. Qeyd edək ki, yanvarın 5-də İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar verib. Hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya və digər ölkələrin hərbi qüvvələri var. ABŞ bu qərardan məyus olduğunu bildirib. Qoşunları çıxarmaq qərarı yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsindən sonra qəbul edilib. Generalın aradan qaldırılması əmri şəxsən ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib. Vaşinqton öz hərəkətlərini bundan əvvəl beynəlxalq koalisiya və Amerika səfirliyinə bir neçə hücum təşkil edildiyini səbəb gətirərək özünümüdafiə kimi izah edib. Tehran generalın qətlini terror aktı adlandırıb və qisas alacağını vəd edib.
ABŞ qoşunlarını İraqdan çıxarmağa başladı



İraqda gözlənilməz hadisə
SON SAAT: İran ÇALXALANIR - 10 minlərlə insan ayağa qalxdı və...
Trampın niyyəti bəlli deyil - PREZİDENT
Tramp haqqında həbs qərarı verildi
Fransa bu ölkədən qoşunlarını çıxarır
16 ölkədən İraqa etiraz
İspaniya İraqdan geri çəkilir - Bu tarixdə...
İsrail İran generalının məhvinə razı deyildi – Tramp
İraq S-400 alır?
SEPAH əməliyyata başlayacaq- XƏBƏRDARLIQ
İranda generala qarşı sui-qəsd etmək istədilər və...
Tramp qırmızı bülletenlə axtarışa verildi – SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 