Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycanda jurnalistlərə qarşı zorakılığın baş verməsi ilə bağlı bəyanatına münasibət bildirib. ONN media xəbər verir ki, H.Hacıyev Azərtac-a açıqlamasında Harlem Dezirin davamlı şəkildə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən bir şəxs olduğunu deyib. Prezidentin köməkçisi vurğulayıb ki, ATƏT rəsmisi Azərbaycanda baş verən hadisələri qəsdən şişirdir və siyasiləşdirir: "Harlem Dezirin məsələləri öyrənmədən, tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir. Lakin "insan haqları uğrunda cəfakeş" Harlem Dezir nədənsə Ermənistanda insan hüquqlarının pozulması, təqib və həbslərə göz yumur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir. Ermənistanda jurnalistlər həbs və təqib olunur. Keçən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lap bu yaxınlarda VETO hərəkatından olan müxalif bloqqer Narek Malyan qanunsuz silah saxlanması ittihamı ilə saxlanılıb. Satik Seyranyan, Armen Tavadyan və digər şəxslərlə bağlı vəziyyəti qeyd etmək olar. Lakin biz Harlem Dezirin bu məsələlərə dair heç bir reaksiyasının şahidi olmuruq. Görünür, Harlem Dezir insan hüquqlarına münasibətini siyasi coğrafiyaya görə müəyyən edir. Prosedurlara uyğun olaraq bu ilin iyun ayında ATƏT-də onun mandatının uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. Harlem Dezirin vəzifəsindən sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirməsi nəzərə alınaraq, bu gedişlə onun mandatının uzadılması ilə bağlı Azərbaycan tərəfinin fərqli fikri olacaq".
PA-dan ATƏT nümayəndəsinə cavab: Qəsdən şişirdir



Əli Həsənov: "ATƏT-in Media azadlığı ofisi Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidir"
Prezidentin köməkçisi: Ermənistanın cəzasız qalması...
Hikmət Hacıyev YUNİSEF və BMT-yə çağırış etdi
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA
Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb - Prezidentin köməkçisi
Hikmət Hacıyev Bağdad Amreyevlə görüşdü
Hikmət Hacıyev xarici KİV nümayəndələri üçün brifiq keçirdi
Hikmət Hacıyev səs verdi
Hikmət Hacıyev erməni vandalizmindən yazdı
Hikmət Hacıyev şəhidlərdən yazdı
Bakıdakı mitinqdə jurnalistlərə maneçilik törədilib? - Açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 