Azərbaycanda ötən il ölüm səviyyəsi aşağı düşüb. ONN media bildirir ki, ötən il ölkədə 55 916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb. Ümumilikdə ötən il ölkə əhalisinin sayı 85 651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 067 108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşamışdır. Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.Azərbaycanda ölüm səviyyəsi nə qədər azalıb?



Azərbaycan əhalisinin sayı nə qədər artıb?
Azərbaycanda 21 üçəm doğuldu
Ölkədə ölüm səviyyəsi azalıb
Azərbaycanda 11 ayda nə qədər insan dünyasını dəyişib?
Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycanda 7 ayda nə qədər insan vəfat edib?
Bu il 36 üçəm doğulub - RƏSMİ STATİSTİKA
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı 9 943 226 nəfərə çatıb
Ölkə əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 