Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları bu gün sözügedən xəstəxananı tərk edibər.
Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyindən ONN media-ya daxil olmuş məlumata əsasən, bu xüsusda, səfirliyimiz həmvətənlərimizlə Ankaradakı Heydər Əliyev Parkındakı Buta Azərbaycanı Tanıtım Mərkəzində görüşüb.
Görüşdə Çindən dönən Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər. Eyni zamanda, həmvətənlərimiz Heydər Əliyev Parkını ziyarət edərək Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə gül qoyub və mətbuata müsahibə veriblər.
Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.
Çindən təxliyə olunan Azərbaycan vətəndaşları aşağıdakılardır:
1. Quliyeva Leyla
2. Nağıyev Firuddin
3. Nağıyeva Duyğu
4. Rauf Məmmədli
5. Tural Cəfərov
6. Elşən Musazadə



AZAL Rumıniyadan növbəti təxliyə reysi həyata keçirəcək
Prezidentdən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş
Çindən təxliyyə olunan vətəndaşlarımızla bağlı açıqlama
Zakir Həsənov Türkiyədə Heydər Əliyev parkında
İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
İlham Əliyev Daşkəsənə getdi
Çindən təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR
Ukraynadan daha 184 vətəndaşımız təxliyə olundu
İlham Əliyev və Mehriban Əliyeva Qubada
İlham Əliyev Ağsuda ulu öndərin məzarını ziyarət edib
Prezident Goranboya getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 