Müğənni Elçin Cəfərov "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası ilə namizəd olduğu "Altın kelebek" mükafatlarının təşkilatçılarını tənqid edib. ONN media xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb: "Haqsızlığa heç zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başdan bəri laqeyid davranıldı. Öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa bilmədiyimiz nə baş verir?". E.Cəfərov bildirib ki, təşkilatçılar qalibin əvvəlcədən bəlli olduğunu söyləyib:
"Ən son danışığımızda isə bu sözü eşitdik: Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur. Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Hər zaman izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər. Bu, onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə, uğuruna sevinəcəm. Çünki bu ölkəmizin baş ucalığıdır. Əksinə, yanında olub dəstək olardıq. Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin! Sponsorunuz olan brendin reklamında da nə qədər xeyrimiz olubsa, halal xoşu olsun!". Qeyd edək ki, mükafatlandırma gecəsinə namizədlər sırasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva da var. Azərbaycan üç ildir ki, sözügedən mükafatlandırma gecəsinə qatılır. Mərasim əsasən qalmaqallarla yadda qalır.“Qalib əvvəlcədən bilinir” - “Altın kelebek”də qalmaqal



"Altın kelebek" mükafatı satışa çıxarıldı
“Erkenci Kuş” sevənlərə şad xəbər
“Altın Kelebek”yi kim qazandı?
Xəyyam "Altın kelebek"dən niyə imtina edib?
Azərbaycanlı xanım müğənni Türkiyədə gizli evləndi - FOTO
"Altın kelebek" öz sahiblərini tapdı
Neslihan Atagül sevənlərə şad xəbər
Bu məşhur müğənni "Altın Kelebek"dən imtina etdi
"Aygün Kazımovanı belə təqdim etməməliydilər" - Nura Suri
Hande Erçelin adı yenədə qalmaqlda hallanır
Pərvin də gözlərini dartdırdı - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 