ONN media xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılır.
Daxil olan müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və Ekseprt Qrupunun üzvləri məlumat verirlər.
MSK katibi Arifə Muxtarova bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan, müvafiq DSK-ya göndrilməlidir.
A.Muxtarova daha sonra 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndərilməli olduğunu qeyd edib.
Bu şikayətlərin müvafiq DSK-ya və ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.
***
Digər müraciətlərlə bağlı danışan MSK üzvü Ramiz İbrahimov deyib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 24 saylı Nizami seçki dairələri üzrə şikayətlər gec daxil olduğu üçün təmin edilməməlidir.
Daha sonra 24 saylı Nizami birinci seçki dairəsi üzrə müşahidə aparmış Rövşən Nəcəfov şikayəti barədə məlumat verilib:
“O, DSK-nın iclasında iştirak etmək istəyib. Amma ona bildirilib ki, iclas olmayacaq. Nəcəfov bunu mübahisələndirib və MSK-ya müraciət edib. Onun müraciətində göstərdiyi hallar öz təsdiqini tapmayıb. Ona görə də təmin edilməməlidir”.
MSK üzvü Qabil Orucov isə bildirb ki, 42 saylı Sumqayıt, 52 saylı Quba seçki dairəsi üzrə şikayətlər də müddəti ötürülməklə daxil olduğu üçün ərizəçiyə geri qaytarılmalıdır.
MSK üzvü Validə Kazımova 101 saylı Göygöl-Daşkəsən, 54 saylı Şabran-Siyəzən, 57 saylı Kürdəmir, 20 saylı Nərimanov ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri üzrə şikayətlərin də müddəti ötdüyü üçün geri qaytarılmalı olduğunu vurğulayıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, MSK-nın vaxtı ötmüş şikayətlərə baxmaq səlahiyəti yoxdur.
***
MSK-nın iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə bir qrup namizədin – Səməd Rəhimli, Vəsilə Cümşüdova, Şahlah Hacıyev və digərlərinin şikayətinə baxılıb.
MSK üzvü İlkin Şahbazov bildirib ki, protokollara baxış keçirilib və həmin protokolllarla DSK-dan alınmış protokollarda uyğunsuzluq aşkarlanıb:
“Ona görə də təklif edirəm ki, 1, 2, 3, 4, 18, 30, 35 saylı mənətəqədə səsvermənin nəticədə səslər etibarsız hesdab edilsin”.
İclasda iştirak edən namizəd olmuş Səməd Rəhimli 16 məntəqinin nəticələri ləğv edilməlidir.
Qeyd edək ki, həmin dairə üzrə Mixail Zabelin lider namizəd elan edilib.



MSK-dan 4 dairə ilə bağlı qərar - Təcili
MSK-da ilk qərar verildi
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
MSK 3 dairə üzrə QƏRAR VERDİ
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
İlham Əliyevin 100% səs aldığı məntəqələr - Siyahı
Yaşı 70-i ötmüş deputatlarımız - Siyahı
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə YEKUN VURULDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 