Polşanın Bakıdakı səfirliyinin konsulluq və Polşa Diaspor şöbəsi Azərbaycan və Türkmənistan vətəndaşları üçün bu ölkədə işləmək, təhsil almaq məqsədi ilə viza müraciətləri üçün qeydiyyatda dəyişikliklər edib. ONN media bildirir ki bu barədə səfirlik məlumat yayıb. 19.02.2020-ci il tarixindən etibarən, e-konsulat sistemində milli viza ilə bağlı qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşən insanlar viza müraciətini təqdim etmək üçün [email protected] email ünvanına müraciət edə bilərlər. Göndərilən e-mail müraciətləri aşağıdakı məlumatları əks etdirməlidir: - ad və soyad - əlaqə telefonu - İşləmək məqsədi ilə gedənlər üçün: İş icazəsinin skan versiyası (iş icazəsi verilən gündən etibarən 90 gündən yuxarı ola bilməz!) - Təhsil almaq məqsədi ilə gedənlər üçün: bir əcnəbi vətəndaşın təhsil almasına / təhsilini davam etdirməsinə dair icazə verən sənədin skan versiyası (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli əmrinə əsasən əlavə) Məlumatda bildirilib ki, konsulluq və Polşa Diaspor şöbəsi yuxarıdakı meyarlara cavab verməyən yazışmalara baxmayacaq və cavablandırmayacaq. - bir e-mail bir nəfər üçün (eyni şəxs haqqında dəfələrlə göndərilən müraciətlər nəzərə alınmayacaq) Həmçinin, vasitəçilər/işəgötürənlər tərəfindən göndərilən sorğu/müraciətlərə cavab verilməyəcək, anketlərin qeydiyyatı zamanı texniki yardım göstərilmir. Gün təyin olunduğu haqda e-mail aldıqdan sonra bunları etmək lazımdır: 1. https://secure2.e-konsulat.gov.pl daxil olmaq 2. MENU seçimində "Milli viza – Blankı doldurmaq" seçmək lazımdır 3. Viza müraciətini (anketi) doldurmaq, çap eləmək və imzalamaq. Konsulluq və Polşa Diaspor şöbəsi bildirir ki, viza müraciətinin qəbul edilməsi və baxılması məsələsində heç bir vasitəçi təşkilat və viza prosedurlarında iştirak etməyən şəxslər ilə əməkdaşlıq etmir. Qeydiyyat pulsuzdur. Konsulluq görüşün planlaşdırılan tarixi ilə əlaqəli cavabı gözləyərək anlayışlı və səbirli olmağı xahiş edir. Cavablar, qəbul edilən müraciətlərin sayına və mövcud yerlərə görə ən qısa müddətdə veriləcək.
Bu səfirlik viza müraciətlərində dəyişiklik etdi



İran 28 ölkə ilə viza rejimini ləğv edir
Bu ölkənin Bakıdakı səfirliyi viza verilməsini DAYANDIRDI
ABŞ səfirliyi nə zaman viza verəcək - RƏSMİ AÇIQLAMA
Viza ilə bağlı DƏYİŞİKLİK
ABŞ səfirliyi viza ilə bağlı MƏLUMAT YAYDI
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ ETDİ
ABŞ-a viza almaq üçün şərtlər DƏYİŞDİ - Bundan sonra...
Azərbaycan vətəndaşları BU ÖLKƏLƏRƏ vizasıız gedə bilər - SİYAHI
Bu ölkə viza verilməsini müvəqqəti dayandırır
Viza ilə bağlı AÇIQLAMA
Rusiyaya gedənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR
Viza ilə bağlı müddət uzadıldı- PİS XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 