"Apple" şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəricilərinə nail ola bilməyəcək. Bu barədə şirkətin məlumatında deyilir. 2020-ci ilin yanvar-martında gəlir üzrə proqnozun azaldılması Çində müəssisələrin fəaliyyətinin dayandırılmasına görə "iPhone" smartfonlarının istehsalının aşağı düşməsi ilə izah olunur. Bundan başqa, Çində ticarət nöqtələrinin karantinə bağlanması ilə əlaqədar tələbatın azalması şirkətin maliyyə göstəricilərinə təsir göstərəcək. Çin "Apple" üçün ABŞ-dan sonra ikinci ən böyük satış bazarı hesab edilir. ABŞ istehsalçısı fevralın əvvəlində "COVID-19" koronavirus epidemiyasına görə Çində fəaliyyət göstərən bütün ticarət nöqtələrini bağlayıb. Onların fəaliyyətinin bərpası fevralın 10-na planlaşdırılsa da, indiyədək 42 mağazadan yalnız 7-si açılıb. Şirkətə daha bir zərbə fəaliyyət göstərən ticarət nöqtələrinin qısaldılmış iş vaxtı rejimində işləməsi nəticəsində dəyib.
Koronavirus “Apple” şirkətinə ziyan vurdu



Apple şirkəti Çindəki istehsalını niyə azaltdı?
“Apple”a gözlənilməz zərbə - “iPhone" bahalaşacaq
Apple Çindəki bütün mağazalarını bağladı
“Apple” 9 yeni “iPhone” təqdim edəcək
Dünyanın ən çox satılan telefonu hansıdır?
İphone 14 uğur qazana bilmədi
“Apple” 3 yeni “iPhone” təqdim edəcək
“iPhone”ların satışı qadağan oluna bilər
“Apple”dan Çinə qarşı növbəti sərt addım
Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı
Koronavirusla bağlı Çində son vəziyyət necədir?
Çində daha bir qorxulu virus yayılmağa başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 