Yerli medianın yazdığına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub. Bildirilir ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub. ONN media Baku.vs-ə istinadən xəbər verir ki, İsmayıl Vəliyevin adı bundan əvvəl xeyli qalmaqalda hallanıb. Yerli mətbuatda İsmayıl Vəliyevin qanun pozuntularına yol verməsi ilə bağlı bir çox iddialar yer alıb. Məlumatların birində qeyd olunurdu ki, icra başçısı Neftaçalada özünə bazar tikdirib və bazarın ətrafındakı dükanları sökdürüb. Ümumiyyətlə, İsmayıl Vəliyev yerli sahibkarları sıxışdırması xəbərləri ilə gündəmə gəlib. Bundan başqa, icra başçının fəaliyyətinin rayonda kütləvi narazılıq yaratdığı haqqında da xəbərlər mediada yer alıb. Onun Neftçala sakinlərindən pay torpaqlarını zorla alınması “əməliyyatına rəhbərlik etməsi” də yazılanlar siyahısındadır. İsmayıl Vəliyevin qurduğu şəbəkənin rayonun səhiyyəsini bərbad hala qoyması yazılırdı. İcra başçısının həkimlərə “tas” qoyması barədə məlumatlar informasiya məkanında dövriyyəyə buraxılıb. Bundan başqa, icra başçısının səyi və təşəbbüsü ilə xeyli işçinin maaşının mənimsənildiyi də bildirilir. İcra başçısının qohumluq əlaqələrini işə salaraq vəzifəsindən sui-istifadə etməsi, bununla da rayonda bütün təşəbbüsü ələ alması barədə məlumatlar da mətbuat səhifələrində çoxdur. Qeyd edək ki, İsmayıl Vəliyev 2011-ci ildən Neftçalanın icra başçısıdır.
Tutulan icra başçısının “rəhbərlik etdiyi əməliyyatlar” - İDDİALAR



DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu
Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib? - RƏSMİ
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
DTX Neftçalada nəyi araşdırır? –AÇIQLAMA
Saxlanılan icra başçısının övladları: Böyük oğlu biznesmendir, kiçiyi isə...
Keçmiş icra başçısı 10 il azadlıqdan məhrum edildi
Prokuror DTX tərəfindən həbs edilən sabiq icra başçısına cəza istədi
Keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi- YENİLƏNDİ
Rüşvət alarkən tutulan icra başçısı kimdir? - DOSYE
SON DƏQİQƏ: İlham Əliyev o icra başçısını İŞDƏN ÇIXARDI
Həbs edilən sabiq icra başçısından SON XƏBƏR
Neftçalada 6 yüksək vəzifəli şəxs TUTULDU — RƏSMİ AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 