ABŞ-da tibb təhsili alan və bu sahədə 34 il araşdırmalar aparan Kipr türkü, professor İbrahim Benter yaratdığı "ACE2/Angiotensin-(1-7)" adlı sistemlə Çində başlayan və qısa müddətdə bütün dünyaya yayılan yeni tip koronavirusun qarşısını ala biləcəyini söyləyib.
ONN media xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti Vəqflər İdarəsi Ümumi Müdirliyi vəzifəsini icra edən Benterin ürək və damar problemlərinin müalicəsi ilə bağlı araşdırmaları bir çox mükafata layiq görülüb.
Benter yeni tip koronavirusun xüsusiyyətlərinin hələ tam aydın olmadığını qeyd edib.
Xəstələrin heç bir şey hiss etmədikləri üçün dünyanın müxtəlif yerlərinə getdiyini və virusu yaydığını bildirən Benter vəziyyətin təhlükəli olduğunu və hazırda dayandırılmasının qeyri-mümkünlüyünü vurğulayıb.
Kovid-19-a qarşı alınan karantin tədbirlərinin qeyri-kafi qaldığının bildirən Benter qeyd edib ki, hazırda əsas məsələ peyvənd hazırlamaqdır:
"Bu da çox çətin və zaman alacaq bir işdir. Bu səbəbdən indi yeganə iş bu virus bədənimizə daxil olduqdan sonra onu təsirsiz hala gətirə bilməkdir".
Benter 1990-cı illərin əvvələrindən bu yana üzərində çalışdığı və "ACE2/Angiotensin-(1-7)" adlı bir sistem tapdığını söyləyərək, bunun koronavirusun dayandırılmasında istifadə edilə biləcəyini söyləyib:
"Bu sistemdəki ACE2 zülalı virusların işində də təsirli ola bilir. Bir virus bədənimizə daxil olduqda hüceyrənin içinə girə bilməsi üçün ACE2 zülalına bağlanması lazımdır. Yəni ACE2 zülalı bir qapı rolu oynayır. Virus bu zülala bağlanır, hüceyrənin içinə girir. Biz bu qapını bağlaya bilsək və virus hüceyrənin içinə girə bilməsə, zərər verməsinə maneə törədə bilərik".
Benter bəzi işlərin davam etdiyini və qısa müddətdə bunların daha da dəqiqləşəcəyini qeyd edib:
"Məncə, koronavirusa qarşı həllin Türkiyədən çıxması mümkündür. ABŞ, Avropa, Asiya və Türkiyədəki mütəxəssislərin təcrübəsindən faydalanmaq lazımdır. Türkiyə burada liderlik edə bilər, qısa müddətdə bir konfrans təşkil edilə və mütəxəssislər çağırıla bilər. Bir strategiya ilə sürətlə iş başladıla bilər”.serq.az



Türk həkimindən koronavirusla bağlı hər kəsin gözlədiyi ŞAD XƏBƏR
Alimdən koronavirusla bağlı SENSASİON AÇIQLAMA
DİQQƏT: Koronavirusun yeni yoluxma yolları tapıldı
Rusiya Şimali Kipri tanısa... - Türk professordan ŞOK
Pakistan Şimali Kipr Türk Cümhuriyyətini TANIYA BİLƏR
Koronavirusun simptomsuz daşıyıcıları ilə bağlı MARAQLI XƏBƏR
Türkiyə yeni hərbi təlimlərə başlayır - Keçiriləcək yer diqqət çəkdi
Ersin Tatar İlham Əliyevə ZƏNG ETDİ
Türk dünyası heçkimə boyun əyməz- Çavuşoğlu
Ərdoğan ELAN ETDİ: Müjdəni Kıbrısda verəcəm...
Ərsin Tatar İlham Əliyevə zəng etdi
Ərsin Tatar Azərbaycana gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 