Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycan tarixində mühüm bir hadisə oldu. ONN media bildirir ki, bunu Mərkəzi Seçki Komissiasının (MSK) sədri Məzahir Pənahov seçkilərin yekunlarına münasbət bildirərkən deyib. M.Pənahov bildirib ki, bütün göstəricilər üzrə bu seçkilər bir nümunə oldu. O qeyd edib ki, seçkilərdə rekord sayda namizədlər qeydə alınmışdı: “Təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılmışdı”. M.Pənahov bildirib ki, bütün proseslər ictimaiyyətin gözü qarşısında şəffaf şəkildə keçirildi: “Seçkilər Seçki Məcəlləsinin bütün tələblərinə tam uyğun keçirildi. Seçkilərlə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırıldı. 4 seçki dairəsində və kifayət qədər seçki məntəqələrində səsvermənin nəticələri ləğv edildi. Bu, onu göstərir ki, bütün müraciətlərə ciddi şəkildə baxılıb”. MSK sədri qeyd edib ki, proseslər ümumilikdə yüksək səviyyədə həyata keçirildi: “Seçki məntəqələrində seçkilərin gedişinə kölgə salacaq heç bir hadisə baş vermədi. Bu, ən yüksək göstəricidir və indiyə qədər aparılan maarifləndirmə işlərinin nəticəsidir”. M.Pənahov vurğulayıb ki, beynəlxalq müşahidəçilər baxımından da bu seçkilər bir nümunə oldu: “Seçkilərdə 900-ə yaxın beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdi. Bu, Azərbaycanda keçirilən seçkilərdə ən yüksək göstərici idi. Biz tarixi bir mərhələ yaşadıq. Ümumilikdə insanlar bu prosesdən razı qaldılar, qalmayanlar isə öz narazılıqlarını bildirildi və haqlı narazılıqlar MSK və digər müxtəlif qurumlar tərəfindən təmin edildi”.
Bu seçki Azərbaycan tarixində mühüm bir hadisə oldu - MSK sədri



İlkin nəticələr bu gün açıqlanacaq- Məzahir Pənahov
Bu dairələrin seçkiləri ləğv edilir?
Azərbaycanda seçicilərin son sayı açıqlandı
Bu namizədlərin adının üstündən xətt çəkiləcək - Məzahir Pənahov
MSK sədrindən Qarabağdakı seçkilərlə bağlı açıqlama
Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Bu seçki dairəsində pozuntu qeydə alındı - MSK-da müzakirə
MSK sədri DSK və MnSK sədrlərinə XƏBƏRDARLQ ETDİ
Pozuntuların olduğu seçki dairələri açıqlandı
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
MSK sədri xəbərdarlıq edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 