Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub.
A.Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Eyni zamanda, keçmiş dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.
Eks-prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında dövlət başçısı ilə görüşü barədə danışıb. O, ölkə başçısı İlham Əliyevə uğur dilədiyini bildirib:
“Cənab prezident İlham Əliyevlə görüş zamanı ona xoş niyyətlərimi çatdırdım, uğurlar dilədim. Görüş zamanı cənab prezidentin son görüşlərdəki çıxışlarını qeyd etdim. Dağlıq Qarabağ məsələsi ətrafında fikirlərimi söylədim. İlham Əliyev Ermənistanın Baş Naziri Paşinyanla sonuncu görüş zamanı düşmən tərəfini tutarlı cavabı ilə susdurdu. Bu cür çıxışı ancaq alqışlamaq olar. Cənab prezident də öz çıxışında xalqın birliyinin vacibliyini qeyd etdi. Ayrıseçkiliyə yol verilməməsini söylədi”.
Ayaz Mütəllibov Prezidentin fikirləri ilə razı olduğunu xüsusi qeyd edib:
“Biz hər zaman bir olmalıyıq. Azərbaycanın bütövlüyü üçün çalışmalıyıq. Yaranmış vəziyyətlə əlaqədar yumruq kimi birləşməliyik. Çünki dünya çox mürəkkəb quruluşa malikdir”.
Qeyd edək ki, 1990-92-ci illərdə Azərbaycana rəhbərlik etmiş A.Mütəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.



Prezident Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
“Mənim üçün çox çətindir... ” - Ayaz Mütəllibov
SON DƏQİQƏ: Ayaz Mütəllibov vəfat etdi
Prezident "Xocalı" abidəsini ziyarət etdi
İlham Əliyev və Mehriban Əliyeva sabiq prezidentin vida mərasiminə əklil göndərib
Eks prezident səs verdi
İlham Əliyev və Mehriban Əliyeva Qubada
Prezident və xanımı Bakıda keçirilən ümumxalq yürüşündə - YENİLƏNDİ
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 