Yunanıstan Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının təcili toplanmasını tələb edib.
ONN media xəbər verir ki, məsələ ilə bağlı Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell ilə telefon əlaqəsi saxlayıb.
Bildirilir ki, XİN rəhbəri C.Borellə Suriyadan axın edən mühacir problemi barədə danışıb və Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Şurasının təcili olaraq toplanmasını tələb edib.
N.Dendias eyni zamanda, mövzu ilə əlaqədar ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payettlə bərabər Avstriya, Bolqarıstan və Şimalı Makedoniyadan olan həmkarları ilə telefon əlaqəsi saxlayıb.
Qeyd edək ki, Türkiyə qapılarını açdıqdan sonra xeyli sayda mühacir Yunanıstanla sərhəddə toplaşıb.