Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb.
ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixində imzaladığı fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, bu gündən – martın 1-dən qüvvəyə minən dəyişikliklərə görə, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasına özəl məhkəmə eksperti şəhadətnaməsini vermək, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq daxil edilib.
İndiyə qədər Ədliyyə Nazirliyi məhkəmə ekspertizalarının keçirilməsini təşkil edibsə, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar Ədliyyə Nazirliyinin bu sahədə də vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib



Əli Əsədov qərar imzaladı
Nikaha dair bu prosedurlar dəyişdi
Müdafiə Nazirliyinə yeni səlahiyyət verildi
Nazirdən yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan dilində “Məhkəmə ekspertizasi” adlı ilk dərslik nəşr olunub
Azərbaycan səfirliyindəki hadisə ilə bağlı məhkəmə nə vaxt keçiriləcək?
Bu nazirlikdə işə qəbul qaydaları asanlaşdı
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Ədliyyə nazirliyində yeni təyinatlar olub
Milli Məclisdə mühüm müzakirə
Nikaha dair prosedurlar dəyişir
Azərbaycanda ixtisaslaşmış məhkəmə yaradılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 