Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6,7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan «Nazlı» adlı solo konsertinin tarixini dəyişdirib.
ONN media xəbər verir ki, bu barədə APA-ya xalq artisti özü məlumat verib.
Onun sözlərinə görə, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:
“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.Xalq artisti Röya solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini bildirib.
Mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.



Röyanın konserti yenə təxirə düşdü
Xalq artisti bu tarixdə PULSUZ konsert verəcək
Röya məşhur müğənni ilə ELƏ FOTOLAR PAYLAŞDI Kİ...
Azərbaycanda Novruz şənlikləri ləğv edildi - RƏSMİ
Röya Ayxandan maraqlı addım
Röya şəhid anasının evini təmir etdirəcək - Video
Röyanın qardaşının toyu olacaq?
Azərbaycanda xalq artisti vəfat etdi
Röya: “Elşad Xosenin xanımının bir oğlu var”
Röya Ayxan bu addımı ilə hərkəsi kövrəltdi
Xalq artisti vaksin vurdurdu - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 