Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nağd ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil edilməyib. ONN media xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bütün hallarda ÜST-nin tövsiyələrinə riayət etməyə çalışırlar: “Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar”. Y.Qarayeva kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə də münasibət bildirib: "Əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir. Dəfələrlə qeyd etmişik ki, bu koronavirus növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır”. Baş infeksionist Cəlal İsayev isə vurğulayıb ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: “Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur”.
Pula toxunmaqla koronavirusa yoluxa bilərik? - RƏSMİ



Xəstəliklərin artımı bu il də gözlənilir - Yaqut Qarayeva
Koronavirusa yoluxanların sayı açıqlandı
TƏBİB: “Omicrona" yoluxanlarda mədə ağrısı və qusa...
Sərt karantinin nəticəsi 10 gündən sonra bilinəcək - TƏBİB
Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb - RƏSMİ
Karantin rejimi yenidən sərtləşdirilə bilər - RƏSMİ
Yeni illə bağlı əhaliyə müraciət edildi
Məktəblərin açılması müzakirə olunub, qərar... - Qarayeva
Ambulator müalicə alan COVID-19 xəstələrinə necə nəzarət ediləcək? - TƏBİB
Əhalinin neçə faizi vaksinasiya olunub?
TƏBİB rəsmisindən vəfat edən Xalq artisti ilə bağlı AÇIQLAMA
Sərt karantinin tətbiq edildiyi rayonların siyahısı dəyişdiriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 