Rusiya və Türkiyə prezidentlərinin görüşünün təkbətək formatda keçirilməsi planlaşdırılır.
ONN media xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
“Buna baxmayaraq, lazım gələrsə, məhdud sayda rəsmi şəxs də görüşdə iştirak edəcək”, – Kreml sözçüsü bildirib.
***
Kremldə prezidentlərin təkbətək görüşü başlayıb.
Putin görüş öncəsi açıqlamasında bildirib ki, İdlibdəki vəziyyət kəskinləşib və bizim birbaşa müdaxilə etməyimizi tələb edir.
“Suriyada həyatını itirən Türkiyə əsgərlərinə görə başsağlığı veririəm. Telefon danışığında da dediyim kimi, heç kim türk hərbçilərinin vurulan bölgədə olduğunu bilmirdi”, – Putin bildirib.
Putin çıxışında Moskvanın Ankara ilə münasibətləri qiymətləndirdiyini deyib.
“Sizinlə bu gün gərginləşən bütün vəziyyəti mütləq müzakirə etməliyik ki, heç nə təkrarlanmasın və Rusiya-Türkiyə münasibətlərinə zərər vurmasın. Mən bilirəm ki, siz də çox diqqətlisiniz, bunu qiymətləndiririk”.
Ərdoğan isə öz növbəsində qəbul edəcəkləri qərarların bölgədə sabitliyə aparacağını ümid etdiyini vurğulayıb:
“Bölgədə ciddi problem mövcuddur. Bu gün burada atacağımız addımlar həm bölgəni, həm də ölkələrimizi rahatladacaq. Türkiyə-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu dövrü yaşayırıq. İstər müdafiə sənayesində, istərsə də ticarət əlaqələrində əməkdaşlığımız irəliləyib. Və bu əlaqələri daha da inkişaf etdirmək bizim ən başlıca məqsədimizdir. Mən bunun öhdəsindən gələcəyimizə inanıram”



Putin ilə Lukaşenkonun görüşü başladı
Putin atəş əmri verəcəkmi? - Peskovdan CAVAB
Peskovdan Putin-Bayden görüşü haqda DANIŞDI
Putinlə Kim Çen İnin təkbətək görüşü başladı
Putin və Ərdoğan İranda görüşəcək
Putinlə Zelenski görüşə bilər - Kreml
Peskovdan ABŞ-ın qərarına MÜNASİBƏT
Türkiyə və Rusiya prezidentlərinin görüşü başladı
Putinlə Zelenski Pekində görüşəcək? - Kreml
Putinlə Kim Çenin təkbətək görüşü başladı
Putindən Bakı və İrəvana çağırış
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 