Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. ONN media məktubun mətnini təqdim edir: "Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə parlaq səhifələr yazmışdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq nümunələri göstəriblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında Azərbaycan qadını da bu gün yaxından iştirak edir. Torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid və əsgər analarına, döyüşlərdə şəhid olan, sağlamlığını itirən silahdaşlarımızın ömür-gün yoldaşlarına təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm. İnanıram ki, bütün qadınlar kimi ordu sıralarında xidmət edən və mülki işlərdə çalışan qadınlar bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər. Bayramınız mübarək olsun!".
Müdafiə naziri qadınları təbrik etdi



Nazir xanımları belə təbrik etdi
Mehriban Əliyeva Azərbaycan qadınlarına SƏSLƏNDİ
Ramil Usubov qadın polisləri TƏBRİK ETDİ
Zakir Həsənov ordumuzu təbrik etdi
Prezident Azərbaycan qadınlarını TƏBRİK ETDİ
İlham Əliyev qadınları təbrik etdi
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Lukaşenko Mehriban Əliyevanı təbrik etdi
Zakir Həsənov Türkiyəni təbrik etdi
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
Zakir Həsənov hərbçiləri təbrik edib
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 