Azərbaycan Respublikasının iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə ONN media -ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Məlumata görə, İran İslam Respublikasında müalicə olunduqdan sonra Azərbaycana qayıdan 1969-cu il təvəllüdlü qadının səhhətində problemlər yarandığından xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi, 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının olduğu müəyyən edilib. Eyni zamanda müayinələr zamanı həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirlən xəstənin səhhəti orta ağır qiymətləndirilir, onun müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür. İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə isə yüksək bədən hərarəti müşahidə olunub, müayinə zamanı onun koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, həmin şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyəti stabildir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağırdır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir, onların səhhətləri hazırda stabil normaldır.
Daha iki azərbaycanlıda koronavirus aşkarlandı



Daha üç azərbaycanlıda koronavirus AŞKARLANDI
SON DƏQİQƏ: Azərbaycanda koronavirusdan İLK ÖLÜM FAKTI QEYDƏ ALINDI
Daha iki azərbaycanlıda koronavirus aşkarlandı
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Azərbaycanda daha 4 nəfər koronavirusa yoluxdu
Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda 3 nəfər koronavirusdan sağaldı
Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxdu
Azərbaycanda bu gün neçə nəfər koronavirusa yoluxub? - SON STATİSTİKA
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı — 59 nəfər isə...
Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 