Ötən gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov saxlanılıb. Türkiyə mediasının yazdığına görə, həmyerlimiz İstanbul Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində dindiriləcək. Sosial şəbəkələrdə və mediada isə Mübariz Mənsimovun FETÖ ilə əlaqəli olaraq tutulmadığı və ortada başqa məsələlərin olduğu kimi fikirlər dolaşır. Maraqlıdır, doğurdan da iş adamının tutulmasında başqa faktorlar var? Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım cəmiyyətdə bu məsələ ilə bağlı panika yaratmağın doğru olmadığını deyərək, insanları rəsmi qərarı gözləməyə çağırıb: "Mübariz bəylə illər əvvəl tanış olmuşam. Türkiyədə böyük maliyyə yatırımları edən, sevilən iş adamlarından biridir. Mən də mətbuatdan oxudum ki, FETÖ ilə əlaqəli olaraq saxlanılıb. Bildiyiniz kimi Türkiyə hüquqi dövlətdir, minlərlə müəllim, dövlət qulluqçusu və əsgər məhz FETÖ ilə əlaqədə olduğu üçün işdən uzaqlaşdırılıb. Amma bu məsələni qətiyyən başqa istiqamətlərə çəkmək olmaz”. Deputat Mübariz Mənsimovun vergiləri vaxtında ödədiyini vurğulayaraq onun FETÖ-dan başqa hər hansı ehtimalla tutulmadığını nəzərə çatdırıb: "Mübariz bəy Türkiyədə tanınan iş adamlarından biridir, vergilərini vaxtında ödəyir, həm Azərbaycan, həm də Türkiyədə ehtiyacı olanlara yardım əlini uzadır. Bu baxımdan, düşünmürəm ki, ortada başqa hasnısa məsələ olsun”. Ona görə də cəmiyyətdə panika yaratmağa, yalan məlumatlar yaymağa ehtiyac yoxdur. Düzdür, o FETÖ ilə əlaqədar olaraq nəzarət altına alınıb, amma yenə də son olaraq rəsmi açıqlamanı gözləmək lazımdır. Ümid edirəm ki, qısa zaman ərzində məhkəmə doğru qərarı alaraq nəticəni elan edəcək”.
Türkiyənin deputatı Mübariz Mənsimovu müdafiə etdi: 'İnanıram ki, məhkəmə doğru qərar alacaq'



Mənsimov bu tarixdə azadlığa çıxacaq?
Mənsimovun səhhəti pisləşdi
Mübariz Mənsimov azadlığa çıxır - Qərar
Mübariz Mənsimovun həbs edildiyi xəbəri yayıldı
Mübariz Mənsimovdan XƏBƏR VAR
Mübariz Mənsimov məhkəmə qarşısında – QƏRAR
Mübariz Mənsimovun saxlanılması ilə bağlı "Palmali"dən açıqlama
Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi
Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır - AZAD OLUNACAQ
Mübariz Mənsimova ağır itki
Kırmızıgül Mübariz Mənsimovun məhkəməsində NƏLƏR DEDİ?
Mübariz Mənsimovun işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 