Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanının icrası olaraq Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmaqla Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilib. Nazirlikdən bildirilib ki, nizamnaməyə uyğun olaraq, Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək. Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi bu publik hüquqi şəxsin əsas vəzifələri sırasındadır. Observatoriya iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin və keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraiti təhlil edəcək. Bu əsasda cari və perspektiv proqnozlar hazırlayacaq. İqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirəcək. Qurum əmək bazarının müxtəlif seqmentlərində tələb və təklif arasında uyğunsuzluğun müəyyən edilməsi və aradan qaldırılması üçün monitorinqlər və sorğular aparacaq. Onların nəticəsindən asılı olaraq təkliflər, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbat üzrə qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlar hazırlayacaq. Qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflərin, eləcə də sosial müdafiə, əhali sakinliyi və demoqrafiya sahəsi ilə bağlı proqnozlar və səmərəli qərarların qəbul edilməsi üçün təkliflərin hazırlanması və s. də Observatoriyanın vəzifələrinə daxildir.
Milli Observatoriyanın fəaliyyət - İstiqamətləri



Yeni qurum hansı işləri görəcək? - Nazirlik
Naxçıvanda bu nazirliklərin birgə komissiyası ləğv olunub
Nazirlər Kabineti rəsmi məlumat yaydı- QƏRAR LƏĞV EDİLDİ
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
Azərbaycanda ilk “E-sosial” internet portalı
Azərbaycanda maaşlar artırılacaq
İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqlədi
Pensiyalar nə vaxt ödənəcək?
Daha 5 DOST mərkəzi açılacaq
Prezident bu nazirliyin bir neçə qurumunu LƏĞV ETDİ - FƏRMAN
İlham Əliyev fərman imzaladı
İşsizlərə ŞAD XƏBƏR- BU İL...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 