Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib. ONN media xəbər verir ki, bu barədə R.Əliyev AzTV-nin “Hədəf” verilişində deyib. Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq. “Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bu qərarın vaxtında verilməsi özünü doğruldur. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün atılan əsas addımlardandır. Hazırda Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) digər qurumlarla birlikdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun tədbirlər görür. Bundan sonra da hansı qərarlar qəbul edilərsə, onlara uyğun addımlar atılacaq. Əsas odur ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edək”, – deyə nazir müavini qeyd edib.
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi



Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi
Başqa şəhər və rayonlardan Bakıya sərnişin daşımaları qadağan olunur - RƏSMİ
Postlarda son durum: Məhdudiyyət... - DİN
Bir sıra dövlət strukturları bayram günlərində adi iş rejimində çalışacaq - SİYAHI
Azərbaycanda 4 yeni koronavirusa yoluxma qeydə alındı
SON DƏQİQƏ: koronavirusa görə dövlət orqanları növbədənkənar məzuniyyətə göndərildi
Nazirlər Kabineti toplandı
Operativ Qərargah vətəndaşlara çağırış etdi
Borca görə su kəsilməyəcək - Rəsmi
Ölkədə hərəkət məhdudlaşdırıla bilər
Prezident göstəriş verdi: Azərbaycana xarici mütəxəssislər gətirildi
Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazi məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 