Koronavirus (COVİD-19) infeksiyası dünyada sürətlə yayılmağa davam edir. ONN media xəbər verir ki, yoluxma üzrə ümumi göstəricilərə görə ilk beşlikdə Çin, İtaliya, İspaniya, İran və Almaniya gəlir. Çində son saatlarda koronavirusa 41 nəfər yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 8 nəfərdir. Son günlərdə Çində yeni yoluxanların sayı xeyli azalıb. Mütəxəssislər Çinin koronavirusa qalib gəldiyini bildirirlər. İtaliyada ümumi yoluxma sayı 47 min 21 nəfər, ümumi ölüm isə 4 min 32 nəfərdir. İtaliyada hələ ki, son saatlara yoluxma və ölüm göstərilmir. Son 24 saat ərzində İspaniyada yoluxma sayı xeyli artıb. İspaniyada son saatlarda 3 min 335 nəfər yoluxub, 233 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 24 min 926, ümumi ölən isə 1326 nəfərdir. İranda son saatlarda 966 nəfər koronavirusa yoluxub. 123 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumilikdə 20 min 610 nəfər koronavirusa yoluxan, 1556 nəfər isə ölən var. Almaniyada son saatlarda 733 nəfər yoluxub, 4 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə 20 min 581 nəfər yoluxma, 72 nəfər ölüm halı qeydə alınıb. Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 12 minə yaxınlaşıb. Belə ki, artıq 11 min 838 nəfər bu virusun qurbanı olub. Son rəqəmlərə görə, yoluxanların sayı 284 min 8, sağalanların sayı isə 93 min 564 nəfərdir. Hazırda 178 min 606 xəstə müalicə alır. /Musavat.com/
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə



Koronavirusla bağlı son statistika
Koronavirusun DƏHŞƏTLİ STATİSTİKASI — SON DƏQİQƏ
Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN ARTDI
Ukraynada 59 nəfər öldü - SON SUTKADA
İspaniyada korona ilə bağlı durum pisləşdi
Koronavirusla bağlı son rəqəmlər
İtaliyada koronavirusa yoluxanların sayı ARTDI
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
Ölənlərin sayı 70 mini ötdü
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
Bu ölkədə daha bir nəfər koronavirusa yoluxdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 