Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovun verdiyi məlumata görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Korolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”. E.Zahidov deyib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb. VAZ-2107 markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər. Hazırda cinayət işinin istintaqı davam etdirilir. “Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib”, - E.Zahidov əlavə edib.publika.az
Tofiq Yaqublunun saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA: "Öz təqsiri üzündən..."



Tofiq Yaqublu həbs edilib?- RƏSMİ
Bakı polisi və prokurorluğun Tofiq Yaqublu ilə bağlı BİRGƏ MƏLUMATI
Tofiq Yaqublu palataya köçürüldü
Tofiq Yaqublunun azadlıqda İLK FOTOSU
Tofiq Yaqublu azadlığa buraxılır - SON DƏQİQƏ
SON DƏQİQƏ: Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
Novruzov da Yaqublunun azad edilməsini istəyir
Tofiq Yaqublu azadlığa çıxdı
Tofiq Yaqublu yenidən saxlanıldı?
Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu
Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan polisi qəzada həyatını itirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 