Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib. Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var. Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub. İsa Həbibbəylinin 71, Eldar İbrahimovun 75, Madər Musayevin 73, Rasim Musabəyovun 69, Asim Mollazadənin 67, Sədaqət Vəliyevanın 65, Eldar Quliyevin 69, Mixail Zabelinin 74, Oqtay Əsədovun 75, Vahid Əhmədovun 72, Anatoliy Rafailovun 67, Rafael Hüseynovun 65, Fəzail Ağamalının 72, Sabir Rüstəmxanlının 73, Əhliman Əmiraslanovun 72, Cavanşir Paşazadənin 66, Tahir Rzayevin 70, Aqil Abbasın 66, Sabir Hacıyevin 65, Əli Məsimlinin 67, Aqiyə Naxçıvanlının 70, Bəxtiyar Sadıqovun 69 yaşı var. Hakimiyyətin qanunverici qanadının rəhbərliyində təmsil olunan iki nəfərin də yaşı 65-i keçib. Parlamentin sədri Sahibə Qafarovanın bu ilin martın 19-da 65 yaşı olub. Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin isə 68 yaşı var. Xatırladaq ki, martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirusla mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Milli Məclisin komitələrinin, komissiyalarının iclaslarının, parlamentin Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın. Bidirilir ki, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçiriləcək. Sərəncama əsasən, deputatların və Milli Məclis əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb.oxu.az
Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR



Yaşı 65-i keçən deputatlar parlamentin iclasına qatılacaq? - RƏSMİ
Milli Məclisin bugünkü iclasına yaşı 65-dən çox olan deputatlar da GƏLDİLƏR
Yeni Milli Məclisin yaşı 70-dən yuxarı olan deputatları
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi elan edilir
Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan edildi — RƏSMİ
“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə müraciət
Oqtay Əsədov iclaslara niyə gəlmir?
Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi
Yaşı 70-i ötmüş deputatlarımız - Siyahı
65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı
Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? – SİYAHI
65 yaşlı təhsil işçilərinin NƏZƏRİNƏ!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 