Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. ONN media bildirir ki, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub. Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.
İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır. Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. ** İclasda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, son günlər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Yaxın günlərdə də bu qədər vətəndaşın təxliyyə edilməsi gözlənilir. Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki, xaricdə qalan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır: “Bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verilib. Vətəndaşlara bildirmişik ki, nə qədər imkan varsa, evlərində qalsınlar. Çünki virusu yaya bilərlər. Nə qədər imkan varsa qoy orda qalsınlar. Onsuz da bura gəlib karantində qalacaqlar, elə orda evlərində qalsınlar”.Operativ Qərargah toplandı



SON DƏQİQƏ: Operativ Qərargahın genişləndirilmiş İCLASI ÇAĞIRILDI
Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirildi
Azərbaycanda maskalardan istifadə ilə bağlı nəzarət gücləndirildi
Xüsusi karantin rejiminin müddəti də uzadıldı
Xüsusi karantin rejimi ilə bağlı qərar verildi – RƏSMİ
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Küçəyə icazəsiz çıxanlar həbs olundu
Küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
Bu gündən xüsusi karantin rejimi yumşaldıldı - RƏSMİ
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 