Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lərə və birgə qrant müsabiqəsi keçirdiyi qurumlara müraciət edib.
ONN media həmin müraciətin mətnini təqdim edir:
Hörmətli QHT nümayəndələri və tərəfdaş qurumlar,
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün növbəti mühüm təşəbbüslə çıxış etməyə qərar verib.
Belə ki, Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi (bu ilin martın 5-də nəticələr elan olunub) aşağıdakı 9 qrant müsabiqələrinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edir:
Səhiyyə Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə qeyri-infeksion xəstəliklərə dair əhalinin maarifləndirilməsi, Antibiotiklərə qarşı rezistentlik mövzusunda əhalinin maarifləndirilməsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS), virus hepatitlerinin və cinsi yolla keçən infeksiyaların yayılmasının qarşısının alınması və ondan qorunma yolları barədə maarifləndirmə tədbirlərinin təşkili;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə ictimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınması;
İctimai Televiziya (İTV) ilə birgə keçirilən qrant müsabiqə üzrə ətraf mühitin qorunmasına həsr olunan sosial çarxların hazırlanması;
Təhsil Nazirliyi ilə birgə keçirilən qrant müsabiqə üzrə tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili;
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən qrant müsabiqə üzrə gənc ailələrə psixoloji yardımın göstərilməsi;
Bakı Nəqliyyat Agentliyi ilə birgə keçirilən qrant müsabiqə üzrə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili, İctimai nəqliyyatda davranış qaydalarının təşviqi, yol-nəqliyyat hadisələrində ilkin tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirmə işinin təşkili;
Dövlət Miqrasiya Xidməti ilə birgə keçirilən qrant müsabiqəsi üzrə Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi;
Sosial Tədqiqatlar Mərkəzi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması, sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təhlillərin hazırlanması və monitorinqlərin həyata keçirilməsi mövzusunda olan layihələr.
Şura bu istiqamətlər üzrə qalib olmuş layihələr çərçivəsində görüləcək işin və nəzərdə tutulan fəaliyyət planının tam olaraq koronavirusla mübarizə tədbirlərinə dəyişməyin mümkünlüyü qənaətində olsa da, bu dəyişikliyin tərəfdaş qurumlar və QHT-lər tərəfindən könüllü olaraq həyata keçirilməsini vacib hesab edir.
Ona görə də Şura Katibliyinin əməkdaşları təklif olunan dəyişiklikləri müvafiq dövlət qurumları və QHT-lərlə onlayn qaydada razılaşdırdıqdan sonra onlarla müqavilə sənədlərinin hazırlanması və imzalanması prosesinə başlayacaq.
Ümid edirəm ki, həm QHT-lər, həm də tərəfdaş qurumlar ölkəmizi ciddi şəkildə təhdid edən Koronavirusla mübarizəyə bütün resursların səfərbər olunması məqsədilə Şuranın qəbul etdiyi bu vacib qərarı anlayışla qarşılayacaq, onu dəstəkləyəcək, xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.



Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
Şuradan QHT-lərə vacib güzəşt
Ölkəmizdə yeni elektron tətbiq: SƏLİS müqavilə...
Azay Quliyev QHT-ləri təbrik etdi
Azay Quliyev elan etdi: “17 martdan 16 aprelədək…”
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Azay Quliyev Müşahidə Şurasının sədri seçildi
QHT-lərə Dövlət Dəstəyi Şurası elektron xidmətlərini vahid məlumat portalında qeydiyyatdan keçirən ilk qurumdur
İlham Əliyev sərəncam imzaladı
Qrant müsabiqəsi ilə bağlı QHT Agentliyindən açıqlama: GÖZLƏYİRİK
QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini təşkil edib
QHT Şurasındakı yoxlamalar MM-ə göndərildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 