Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan istifadə edəcək. ONN media xəbər verir ki, bu barədə Gaziantep Universitetinin rektoru, professor Ali Gür deyib. A.Gür bildirib ki, onlar koronavirusdan sağalan xəstələrdən qan örnəkləri götürəcəklər: “Bu qan örnəklərindəki bakteriyaları və digər virusları təmizləyərək, koronavirus xəstələrinin müalicəsində istifadə edəcəyik. ABŞ bu üsuldan istifadə etməyə başlayıb. Lakin onlardan fərqli olaraq, biz toplanan qan örnəklərini əvvəlcə test edəcəyik və təmizlədikdən sonra xəstələrin üzərində istifadə edəcəyik”. Prorektor qeyd edib ki, bu proses rəhbərlik etdiyi universitetdə qurulacaq sistemlə həyata keçiriləcək. “Bu sistem sayəsində biz xəstənin başqa virusa yoluxması təhlükəsini sıradan çıxaracağıq”, - o bildirib. Rektor müalicənin necə tətbiq ediləcəyini də açıqlayıb: “Bir insan hər-hansı virusa yoluxduqda onun qanında antikorlar formalaşır. Bunun sayəsində o, xəstəlikdən sağalır. Lakin həmin antikorlar insanın qanında aylarla, hətta illərlə qalır, proteinlər yaradır. Biz bu antikorlardan xəstələrin müalicəsində istifadə edəcəyik. Müalicə uğurlu olarsa, süni tənnəfüs aparatına daha az ehtiyac olacaq. Müalicəyə aprel ayının sonuna kimi başlamağı planlaşdırırıq”.
Türk həkimlər koronavirusun müalicəsində İLKƏ imza atdılar



ABŞ COVID-19-u bu dərmanlarla müalicə edəcək
Koronavirus xəstələrini bu dərman sağaltdı
ABŞ-da korona xəstələri necə müalicə edilir?
Koronavirus xəstələrinə şad xəbər- İSTEHSALA BAŞLADI
Koronavirus xəstələrinin müalicəsində ƏSAS SƏHV
Limonun möcüzəvi faydaları açıqlandı
Bu dərmanlar Covid-19-un müalicəsi üçün məsləhət deyil- ÜST AÇIQLADI
Türk həkimləri dünyada bir ilkə imza atdı
Bu dərmanın istifadəsi DAYANDIRILDI
Bu xəstəxana koronavirus xəstələrinə AYRILDI
Tramp Türkiyəni yenə hədələdi
Sağalan xəstələrin ürəyində koronavirus izləri TAPILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 