Gürcüstanda son 12 saat ərzində daha 5 nəfər koronavirusa yoluxub. ONN media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı “stopcov.ge” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, bununla da Gürcüstanda (COVID-19) virusuna yoluxanların sayı 90 nəfərə çatıb. Ölkədə 4534 nəfər karantin rejimində, 276 nəfər isə həkim nəzarətində saxlanılır. Həmçinin 16 nəfər koronavirusdan sağalıb. Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyasının 6 mülki əməkdaşında da koronavirus aşkarlanıb. Bütün xəstələr nazirliyin xəstəxanasına yerləşdiriliblər. Bununla əlaqədar Gürcüstanın Müdafiə Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirib.
Qonşu ölkədə koronavirusla bağlı - SON VƏZİYYƏT

