Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 897 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.
ONN media bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 284 958, ölənlərin sayı isə 3 832 nəfərə çatıb. Virusa yoluxanlardan 275 220 nəfərin sağaldığı bildirilir.