Azərbaycan Respublikasında son bir gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumatda bildirilib ki, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Ümumilikdə, Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.
Bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur



Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanda daha 61 nəfər virusa yoluxdu- RƏSMİ
Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxdu - 15 nəfər...
Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu
SON DƏQİQƏ: Azərbaycanda daha 40 koronavirusa yoluxma qeydə alındı
Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxdu - SON DƏQİQƏ
Azərbaycanda 38 nəfər koronavirusa yoluxdu, 30 nəfər isə...
Azərbaycanda koronavirusa yoluxma halları KƏSKİN ARTDI
Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 