Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edib. ONN media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarla “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı”na aşağıdakı məzmunda 73-cü hissə əlavə edilib.
“73. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”. 1.“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na aşağıdakı məzmunda 24-38-ci hissələr əlavə edilsin: “24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar 25.Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları 26.“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 27.“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 30.Dövlət Avtomobil Nəqliyyatı Xidməti 31.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi 32.“Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti 33.“Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti 34.“AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti 35.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri 36.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri 37.Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri 38. Yanacaqdoldurma məntəqələri”.Baş Nazirdən karantin rejimi ilə bağlı qərarda DƏYŞİKLİK



Azərbaycanda karantin rejimi uzadıldı
Martın 8-də ictimai nəqliyyat işləməyəcək - Rəsmi
Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı QƏRAR İMZALADI
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Bu məktəblərdə korona pasportu tələb olunmayacaq
Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı
Şadlıq saraylarında toylarda xüsusi sanitar rejim tətbiq ediləcək – QƏRAR
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
SON DƏQİQƏ: 2 şəhər və 5 kəndə giriş-çıxış DAYANDIRILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 