Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) liderlərinə təşəkkür edib. ONN media xəbər verir ki, Qebreyesus türkdilli dövlətlərin yeni tip koronavirus pandemiyasına qarşı mübarizədə göstərdikləri həmrəylik və yardımlaşmanı təqdir etdiyini bildirib. Tvitter hesabından açıqlama verən Baş direktor Türk Şurasının "COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət" adlı fövqəladə videokonfrans zirvəsinə qatıldığını qeyd edib. O, pandemiya ilə mübarizədə genişmiqyaslı hazırlıq və müdaxilə planları, öz aralarında tibbi ləvazimat və maliyyə dəstəyi təmin edərək birgə mübarizə aparmalarından dolayı iştirakçı ölkələrə minnətdarlığını bildirib: “Kovid-19-un qloballaşmasından bəri Türk Şurası liderləri xəstəxana imkanlarının paylaşılması, tibbi dəstək, humanitar yardım, test kitlərinin tədarükü, kliniki təcrübələrin paylaşılması mövzularında əməkdaşlıq etdi. Liderlərin birlik çağırışı və bu böhranın insanlığı bir yerə toplaması məni cəsarətləndirir. ÜST güclü dəstəyinizə minnətdardır”. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü baş tutub.(publika.az)
ÜST İlham Əliyev və bütün türk liderlərə təşəkkür etdi



Nazarbayevin bu əlaqələrdə xidmətləri var – İlham Əliyev
Türk Şurasının adı dəyişdirildi - Bundan sonra belə adlanacaq
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başladı
İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
İlham Əliyevin təşəbbüsü ilə Türk dövlətlərinin Zirvə görüşü keçiriləcək
Türk Şurası Azərbaycana başsağlığı VERDİ
Əli Əsədov ÜST rəhbəri ilə görüşdü
Türk dünyasının liderləri Demokratiya və Azadlıqlar adasında
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 