Şengen ölkələrinin sərhədi ən azı payıza qədər bağlana bilər. ONN media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqı liderləri ilə keçirilən fərdi videokonfransda bildirilib. Dövlət başçısının sözlərinə görə, pessimist əhval-ruhiyyənin davam edəcəyi gözlənilir, odur ki, Avropanın uzun müddət təcrid olunmasına hazırlaşmaq lazımdır. Makron bildirib ki, Avropa və dünyanın müxtəlif bölgələrində epidemiyanın gedişatındakı fərq səbəbindən bu cür tədbirlərin görülməsi zəruri ola bilər. Fransa Prezidenti aprelin 13-də həmvətənlərinə müraciət etməyi planlaşdırır. Çox güman ki, Aİ ölkələri arasında da sərhədlərin bağlı qalacağı vaxt tezliklə elan ediləcək. Aİ-nin dövlət və hökumət başçıları tərəfindən Avropaya girişi bağlamaq qərarı martın ortalarında koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi fonunda qəbul edilib. Qadağanın bir ay davam edəcəyi göstərilmişdi. Qeyd edək ki, aprelin 11-i səhər saatlarında dünyada COVID-19 xəstələrinin sayı 1,7 milyon insana yaxınlaşdı. ABŞ xəstə sayına görə lider olaraq qalır, lakin yoluxmuş və ölənlərin sayına görə Avropa dünyanın bütün digər bölgələrini ciddi şəkildə qabaqlayır.
Payıza qədər sərhədlər bağlanır



Fransa Ukraynaya yardımı 2 milyarda çatdıracaq
Makron növbəti istəyindən danışdı
Makron Putinlə bunu müzakirə edəcək
Makron: Türkiyə böyük gücdür
Makron və Paşinyan yenidən görüşəcək
Makron bu hərəkətinə görə gülünc vəziyyətə düşdü
Makron da koronavirusa qarşı peyvənd olundu
Fransa və Almaniya Rusiyaya qarşı sərt addımların anonsunu verib
Putinlə Makron arasında QARABAĞ MÜZAKİRƏSİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 