Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində koronavirus pandemiyasının geniş yayıldığı dolayısı ilə etiraf olunub. ONN media xəbər verir ki, qondarma rejim koronavirusa görə bu gündən “fövqəladə vəziyyət” elan edib. Qarabağ separatçılarının lideri Saakyan fövqəladə vəziyyət rejiminin 12 apreldən 12 maya qədər davam edəcəyini bildirib. Buna baxmayaraq, “prezident seçkisinin” ikinci turu 14 apreldə keçiriləcək. Qeyd edək ki, bundan öncə seçki oyununun baş tutması üçün qondarma rejim işğal altında saxlanılan bölgəmizdə koronavirusa yoluxma halının olmadığını qətiyyətlə bildirirdi. 31 martda oynanılan “seçki” komediyasından sonra isə bir nəfər şəxsin koronavirusa yoluxduğu və onun İrəvana aparıldığı açıqlandı. Hazırda isə Qarabağda 5 yoluxma halı olduğu etiraf edilib. Ermənistan ordusunda, o cümlədən Qarabağda qanunsuz olaraq yerləşdirilən hərbi hissələrdə də əsgərlər arasında koronavirusa yoluxma halının geniş yayıldığı barədə erməni blogerlər məlumat yayırlar. Zəruri olaraq xatırladaq ki, erməni separatçıları və Paşinyan Qarabağda yaşayan ermənilərin həyatını təhlükəyə ataraq, koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, "seçkiləri" təxirə salmadılar. Beynəlxalq qurumlar və dünya dövlətlərinin əksəriyyəti isə qondarma seçkiləri tanımadıqlarını rəsmən elan etdilər.(axar.az)
Qarabağda “fövqəladə vəziyyət” tətbiq edildi



Kim Çen In QƏRAR VERDİ: Fövqəladə vəziyyət elan edildi
Qarabağda 54 erməni koronavirusa yoluxdu
Qarabağda koronavirusla bağlı son vəziyyət necədir?
Bu ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edildi
Qarabağda koronaya yoluxanların sayı artır
Gürcüstanda koronavirusa yoluxan şəxs azərbaycanlıdır?
Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır
ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər – RƏSMİ
Qarabağda ümumi yoluxanların sayı açıqlnadı
Ermənistanda korona ilə bağlı vəziyyət pisləşir
Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 