Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb. ONN media xəbər verir ki, yoluxanların sayında çoxalma müşahidə olunduğu kimi sağalanların da sayının artması sevindirici haldır. Lakin sağalan koronavirus xəstələrinin aqibəti bir çoxlarında maraq doğurur. Bu şəxslər evə buraxılırmı? Evdə karantin şərtləri necə olur? Digər insanlarla ünsiyyət qurmalarına məhdudiyyət varmı? Sağalan insanlarla davranma prosedurunun nədən ibarət olmasını dəqiqləşdirmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, Azərbaycanda koronavirusdan sağalan vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlanılır: "Onların səhhətində hər hansı dəyişikliyin baş verməsi nəzarətdə saxlanılır. Xəstəxanadan buraxılan şəxslər öz evlərinə gedirlər, lakin evdə karantin şərtlərinə riayət olunur. Onlar hələ xəstəxanada olarkən sənədlərə qol çəkirlər ki, müəyyən bir vaxt ərzində evlərini tərk etməyəcəklər və xüsusi bəndlərə riayət edəcəklər. Onlar evlərini tərk etsələr, artıq bu, cinayət məsuliyyətidir". Qeyd edək ki, Azərbaycanda eyni zamanda 12 nəfər COVID-19 virusundan vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları:
- Evin bütün üzvləri üçün əllər müntəzəm olaraq su və sabunla, xüsusilə öskürdükdən və ya asqırdıqdan sonra, yemək hazırlamadan öncə, hazırlayarkən və sonra, yeməzdən əvvəl, tualetdən istifadə etdikdən sonra, şübhəli şəxsə qulluq etdikdən sonra və əgər əllər görünən qədər çirklidirsə, yuyulmalıdır.
- Şübhəli şəxslə gərəksiz təmasda olmamaq və mətbəx ləvazimatları, boşqab, fincan və dəsmal kimi şəxsi əşyalar birgə istifadə edilməməlidir.
- Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dirsək büküyü bağlanılmalı və ya birdəfəlik salfetdən istifadə edilməli, istifadədən sonra dərhal atılmalıdır.
- Evdə hər kəsin hərarət, öskürək kimi əlamətlərini müşahidə etməli, tənəffüs çətinliyi yaranarsa, dərhal Təcili Tibbi Yardıma zəng edilməlidir.BAKU.WS



Operativ Qərargahdan qorxulu PROQNOZ: Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər və...
Azərbaycanda koronaya yoluxanların sayı 10 MİNƏ YAXINLAŞIR
SON DƏQİQƏ: Bu gün Azərbaycanda koronavirusdan ölənlərin sayı ARTDI
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxdu - ÖLƏNLƏR VAR
Azərbaycanda daha 76 nəfər koronaya yoluxdu: ölən var
Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI - ÖLƏNLƏR VAR
Ölkədə korona ilə bağlı SON DURUM
Azərbaycanda 3 nəfər koronavirusdan sağaldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 